TƏHSİL

Doktoranturaya sənəd qəbulunun vaxtı uzadılıb

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində "Şəxsi kabinet" açmalıdır.
Sputnik
BAKI, 4 may — Sputnik. Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinin vaxtı uzadılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, proses 10 may saat 23.59–da bitəcək.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində "Şəxsi kabinet" açmalıdır.
Namizədlər "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər.
Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən "İmtahana buraxılış" statusu təyin edilərək müraciətçilərin "Şəxsi kabineti"ndə əks olunacaq.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına "Şəxsi kabinet"ində "İmtahana buraxılış" statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HƏRBİ
Çağırışa möhlət verilənlərin əhatə dairəsi genişləndirilir