BAKI, 3 may - Sputnik. "Ukraynanın dağılması prosesi 2014-cü ildəki çevrilişdən sonra Krımın onun tərkibindən ayrılnası ilə başlayıb". Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynanın dağılmasının mümkün olub-olmaması sualını cavablandırarkən deyib.
Parlamentari qeyd edib ki, "DXR" və "LXR" də müstəqilliklərini elan edərək Ukraynadan ayrılıblar. Onun sözlərinə görə, bu gün Ukraynanın qərbində yaşayan bir çox insan Polşa və Macarıstan vətəndaşlığını qəbul edib:
"Son vaxtlar 5 milyondan çox insan ölkəni tərk edib. Bu da sabitliyi artırmır".
"Biz Xerson və digər bölgələrdən də Ukraynanın bir hissəsi olmaq istəmədikləri barədə bəyanatlar eşidirik. Reallıq belədir", - deyə Volodin vurğulayıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu genişləndirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.