QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ATƏT-in ətəyindən əl çəkmir - Mirzoyan sülh danışıqları barədə nə dedi

ABŞ və Ermənistan diplomatlarının görüşündə Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına başlamaqla bağlı proses müzakirə edilib.
Sputnik
BAKI, 3 may - Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Vaşinqtonda görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomatlar, Qarabağdakı vəziyyəti müzakirə ediblər. XİN rəhbəri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun işinin bərpasının vacibliyini qeyd edib.
Mirzoyan və Nulland regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında Soçi və Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsini, Qarabağdakı vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlara başlamaq prosesini müzakirə ediblər. Mirzoyan ATƏT-in Minsk qrupunun işinin bərpasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.