İDMAN

UEFA Rusiya klublarını Avropadakı bütün futbol tədbirlərindən kənarlaşdırıb

Rusiyanın futbol klubları Avropa Kubokunda, Çempionlar Liqasında, Avropa Konfrans Liqasında və Avropa Liqasında çıxış edə bilməz.
Sputnik
BAKI, 2 may - Sputnik. UEFA-nın qərarı ilə Rusiya qitədəki bütün futbol tədbirlərindən kənarlaşdırılıb.
Rusiya klubları 2022-2023-cü il mövsümündə Avropa çempionatlarında iştirak edə bilməyəcək. Qadın futbolçuların isə yayda keçiriləcək kuboklarda iştirakı qadağan edilib.
UEFA-nın qərarında göstərilir ki, Rusiyanın futbol klubları Avropa Kubokunda, Çempionlar Liqasında, Avropa Konfrans Liqasında və Avropa Liqasında çıxış edə bilməz. Qadın futbolçulardan ibarət milli komandanın isə iyulda Böyük Britaniyada keçiriləcək yarışlarda iştirakına qadağa qoyulub.
Bundan başqa, Rusiya 2028-2032-ci illərdə Avropa çempionatına ev sahibliyi üçün namizəd ölkələr siyahısından çıxarılıb. Rusiya komandasının noyabrda Qətərdə keçiriləcək dünya çempionatında iştirakı da qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.