BAKI, 2 may - Sputnik. Gözün şəffaf qatını genişləndirən və müalicə edilmədiyi təqdirdə görmə itkisinə səbəb olan keratokonus xəstəliyi əllərdən gözə yoluxur.
Keratokonus gözün xarici kənarındakı şəffaf təbəqənin nazilməsi distrofiyaya səbəb olur. Ümumiyyətlə yeniyetməlik dövründən başladığı düşünülən keratokonus, 20 - 40 yaş arasında inkişaf edir və əksər xəstəlikləri sürətləndirir. Kompüterdən uzun müddət istifadə edilməsi və şiddətli allergiya şikayətləri olan gənclərdə göz ovuşdurmağın bu xəstəliyin inkişafına səbəb olduğu düşünülür. Adətən gec diaqnoz qoyulan keratokonus vaxtında müalicə olunmazsa, gözün sürətlə zəifləməsinə gətirib çıxarır.
Astiqmatizmi 2 dərəcədən yüksək olan və problemi optik eynəklə tamamilə həll edilə bilməyən xəstələrdə erkən diaqnoz üçün hər il görmə qabiliyyəti müayinələrindən keçmək lazımdır.
Keratokonusun ən tipik əlaməti 8 aydan bir yeni eynəyin təyin olunmasıdır. Eynək nömrəsinə görə mütəxəssisə müraciət edərkən kornea qalınlığını mütləq yoxlatmaq vacibdir.
Görünüşdə bulanıqlıq, işığa həssaslıq, düz xətləri əyilmiş və ya dalğalı görmək, gözlərdə qızartı və şişməsi bu xəstəliyin əlamətləridir.
Keratokonus xəstəliyinin müalicəsi mərhələyə uyğun olaraq planlaşdırılır. Erkən mərhələlərdə sərt kontakt linzalar istifadə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.