SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Blinken ABŞ-ın Ermənistan və Azərbaycan arasında başlayan dialoqa münasibətini açıqlayıb

Ararat Mirzoyanın Vaşinqtona səfəri çərçivəsində Ermənistan və ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Sputnik
BAKI, 2 may - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
O, görüş zamanı ölkəsinin Azərbaycanla Ermənistan arasında başlayan dialoqu müsbət qiymətləndirdiyini bildirib.
"Biz Ermənistan və Azərbaycan arasında başlayan dialoqu alqışlayırıq", - o, deyib.
Blinken əlavə edib ki, ABŞ iki ölkə arasında sülhə danışıqlar yolu ilə nail olunmasına tərəfdardır.
"Baş nazir Nikol Paşinyanın da hamımızın istədiyi regionda dayanıqlı sülh istiqamətində addımlarını qiymətləndiririk", - ABŞ dövlət katibi qeyd edib.
Ararat Mirzoyanın Vaşinqtona səfəri çərçivəsində Ermənistan və ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumu da imzalanıb.
SİYASƏT
Hikmət Hacıyev və Armen Qriqoryan arasında Brüsseldə mühüm görüş olub