BAKI, 30 aprel - Sputnik. Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə üçüncü yerə sahib olub.
Azərbaycan Üzgüçülük Federasiyasından Azərtac-a bildiriblər ki, ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah 50 metr sərbəst üsulda 26,83 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer alıb.
Məryəm Şeyxəlizadəxangah
© Photo : Azerbaijan Swimming Federation
Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib ki, M.Şeyxəlizadəxangahın 50 metr sərbəst üsulda 26,83 nəticəsi ölkə və şəxsi rekordudur:
“Komanda yarışlara ciddi hazırlaşır. İdmançımızın çıxışında lisenziya normativi üçün çox cüzi vaxt çatışmamazlığı oldu. Ümidvarıq ki, növbəti yarışlarda o dünya çempionatına vəsiqə qazana biləcək”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.