CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Postpandemiya dövründə turizmin pandemiyadan əvvəlki inkişaf səviyyəsinin bərpa edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Sputnik
BAKI, 30 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.
Görüş əsnasında Azərbaycanla Dünya Turizm Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Zurab Pololikaşvili turizmin inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı ölkəmizdə hazırkı postpandemiya dövründə pandemiyadan əvvəlki turizmin inkişaf səviyyəsinin bərpa edilməsi və daha da artırılması istiqamətində həyata keçirilən və görüləcək işlərdən danışılıb.
Bu baxımdan ölkəmizin müvafiq strukturları tərəfindən Dünya Turizm Təşkilatının tövsiyələrindən istifadə olunmasının önəmi vurğulanıb.
Ölkəmizin əldə etdiyi böyük iqtisadi uğurların, hökm sürən əmin-amanlığın, geniş turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlərin turizmin inkişafı üçün çox yaxşı zəmin yaratdığı bildirilib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Tarixin bütün dövrlərinə aparan və ya "Keşikçidağ"a yeni nəfəs verən yol