BAKI, 30 aprel - Sputnik. Aprelin 30-da “Real Madrid” komandası La Liqada 35-ci çempionluğunu rəsmiləşdirib.
Çempionatın 34-cü turunda doğma meydanda “Espanyol” komandasını 4:0 hesabı ilə darmadağın edən madridlilər xal ehtiyatını 81-ə çatdırıblar.
İkinci sıradakı “Sevilya”nın 64, bir oyun az keçirən “Barselona”nın isə 63 xalı olduğundan “Real Madrid” sona dörd tur qalmış çempionluğu elan edib.
Görüşdə madridlilərin qollarının Rodriqo (33, 43), Marko Asensio (55) və Kərim Benzema (81) vurublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.