BAKI, 29 aprel — Sputnik.
Aprelin 30-dan etibarən bəzi cihazlar "WhatsApp"la vidalaşır. Mesajlaşma proqramı olan "WhatsApp" aprelin 30-dan etibarən bəzi cihazlarda fəaliyyətini dayandıracağını açıqlayıb.
Çoxlu istifadəçi sayına malik olan mesajlaşma proqramı "WhatsApp" indi təkcə əyləncə üçün deyil, həm də biznes üçün istifadə olunur.
Bu səbəbdən bir çox "WhatsApp" istifadəçilərinin istifadə etdiyi cihazlar indi tətbiqin yeni versiyaları ilə uyğun gəlmir.
Bu vəziyyəti nəzərə alan "WhatsApp" bəzi əməliyyat sistemlərinin artıq istifadə edilməyəcəyini və bu sistemlə işləyən telefon, planşet, kompüter kimi cihazları dəstəkləyə bilməyəcəklərini bildirərək, istifadəçilərini mütəmadi olaraq cihazlarını və ya əməliyyat sistemlərini yeniləməyə dəvət edir.
Dəyişdirilməli olan cihazları təqdim edirik:
- "Android Ice Cream Sandwich" əməliyyat sistemi ilə işləyən mobil telefonlar;
- "Android 4.1" və daha aşağı əməliyyat sistemi olan cihazlar;
- iOS 10 və ya daha aşağı əməliyyat sistemləri ilə işləyən cihazlar artıq "WhatsApp"dan istifadə edə bilməyəcək;
Yəni "Android"in "Apple Pie", "Banan Bread", "Cupcake 1.5", "Donut 1.6", "Eclair 2.0", "Froyo 2.2", "Gingerbread 2.3", "Honeycomb 3.0" və "Ice Cream Sandwich 4.0" versiyalarından istifadə edənlər "WhatsApp"la vidalaşacaqlar.
Qeyd edək ki, cihazınızın "WhatsApp" ilə uyğun gəlmədiyini öyrənmək istəyirsinizsə, bunun üçün parametrlər bölməsinə keçid edib, sistem məlumatı üzərinə klikləyin və oradan cihazınızın xüsusiyyətlərinə baxın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.