BAKI, 29 aprel — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Məlumata görə, iclasda 100-dən çox müraciətə baxılıb. Növbəti iclasın gələn həftə keçirilməsi planlaşdırılır.
Bununla da Əfv Məsələləri Komissiyasında baxılan müraciətlərin sayı 200-ü keçib.
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.