BAKI, 29 aprel - Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin qiyməti 2,83 dollar artaraq 110,17 dollar olub.
London birjasında “Brent” markalı neftin qiyməti 0,86 dollar artaraq 108,45 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 0,61 dollar bahalaşaraq 105,97 dollar olub.
Qeyd edək ki, Ukraynada baş verən hadisələr və ən böyük neft idxalçısı Çində COVİD-19-a yoluxmaların artması neft qiymətlərinin kəskin dalğalanmasına səbəb olub. Neftin qiyməti beşinci ayda da artmaqda davam edir.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.