BAKI, 29 aprel — Sputnik
"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 6-dan Naxçıvandan Gəncəyə və əks istiqamətdə uçuşlara başlayacaq.
"AZAL-dan verilən məlumata əsasən, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.
Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin www.azal.az rəsmi saytında təqdim olunacaq.
Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.
Yeni uçuşlarla əlaqədar mayın 6-dan çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.
Qeyd edək ki, hazırda bölgələrdə yerləşən hava limanlarının çoxu rentabelli olmadığı üçün fəaliyyət göstərmir.
Qəbələ, Lənkəran və Zaqatalada açılan hava limanları işləmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.