CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tullantı sularına görə xərclər kəskin artıb

Komitənin məlumatına görə, ötən il Azərbaycanda axıdılan tullantı sularının həcmi 603 032,7 min kubmetr təşkil edib, bu da illik müqayisədə 1,8% artım deməkdir.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Ötən il Azərbaycanda tullantı sularının axıdılmasından 76 321,7 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 34,6% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 56 714,4 min manat təşkil edib.
Məlumata görə, hesabat dövründə tullantı sularının axıdılmasından əldə olunan gəlirin 35 527,7 min manatı əhali üzrə olub, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 89,1% çoxdur.
Qeyd edək ki, 2020-ci ildən əhali üzrə tullantı sularının axıdılmasından 18 783,9 min manat gəlir əldə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.