RUSİYA

Putin: Rusiya kimi ölkə Qərb üçün təhlükədir

Vladimir Putin Qərbin Rusiya düşmənçiliyinin əsl səbəbləri barədə danışıb.
Sputnik
BAKI, 27 aprel - Sputnik. Rusiya kimi miqyaslı ölkə heç kimə lazım deyil, o Qərb üçün təhlükə törədir, lakin onlar özləri bütün dünya üçün təhlükədirlər. Rusiya Prezidenti Vladimir Putin belə bir bəyanatla çıxış edib.
"Tarixən Rusiyanın zəiflədilməsi kursunu həyata keçirmiş və bu gün də keçirən qüvvələr bilirsiniz bunu niyə edirmişlər? Çünki bülə müstəqil, böyük, hətta onların təsəvvürlərinə görə nəhəng ölkə lazım deyil, onlar hesab edirlər ki, o özünün mövcudluğu baxımından onlara təhlükə törədir", - deyə Putin Sankt-Peterburqda Qanunvericilər şurasının iclasında bildirib.
"Lakin əslində bu, belə deyil, onlar özləri bütün dünya üçün təhlükədirlər. Biz faşistlərin sovet xalqına dair barbar planlarını xatırlayırıq – işləyə bilənləri işləməyə məcbur etmək, kölə əməyinə, kölə şərtlərinə tabe etmək, lazım olmayanları isə Uraldan o tərəfə, şimala, ölməyə qovmaq", - Rusiya Prezidenti xatırladıb.
"Ölkəmizə dost olmayanlar yeni geosiyasi silahın yaradılmasını sürətləndirirdilər. Əslində o yeni deyildi, lakin ona yeni qüvvə, yeni impulsa verdilər. Rusofobiya və neonasislərə dəstək verirdilər. İldən-ilə həyasızcasına bizimlə qonşu olan Ukraynanı anti-Rusiyaya çevirirdilər", - Putin deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Putin Quttereşə Ukraynada hər şeyin 2014-cü ildəki çevrilişdən başladığını deyib