RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çox çətindir

Rusiya prezidentinin sözçüsü deyib ki, hər kəsdən ilk növbədə ümumi gələcəyimizi qurmağın siyasi və diplomatik üsullarına dəvət edən konstruktiv ritorika eşitmək istərdik.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrellin hər şeyin döyüş meydanında həll edilməli olduğu barədə bəyanatları fonunda Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çətindir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hazırda biz Aİ diplomatiyasının rəhbərinin hər şeyin döyüş meydanında həll edilməsinə dair bəyanatlarını görürük. Təbii ki, bu bəyanatlar fonunda Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çox çətindir", - Peskov bildirib.
"Əlbəttə, biz ilk növbədə hər kəsdən ümumi gələcəyimizi qurmağın siyasi və diplomatik üsullarına dəvət edən konstruktiv ritorika eşitmək istərdik", – Peskov jurnalistlərin Moskvanın Avropa ilə münasibətlərin yenidən qurulması məsələsini həll etməyə hazır olub-olmadığı və təhlükəsizlik zəmanətləri haqqında sualını cavablandırarkən deyib.
Daha əvvəl Ukraynada baş verənləri şərh edən Borrell öz “Twitter” səhifəsində yazıb ki, bu müharibəni döyüş meydanında qazanmaq lazımdır.
Avropa diplomatiyasının rəhbəri öz postunda Ukraynanın ehtiyaclarına uyğun seçiləcək silahların tədarükü üçün əvvəllər ayrılmış 500 milyon avronu da xatırladıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Peskov: Rusiya Ukraynaya müqavilə layihəsi təqdim edib