RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

KİV: Avropanın ən böyük silah anbarında atışma olub

Moldova Respublikasının Dnestryanı bölgəsinin Kolbasna kəndindəki sursat anbarında atışma olması barədə xəbərlər yayılıb.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Kolbasna kəndi yaxınlığındakı anbarların ərazisində atışma olduğu bildirilir. Bu barədə “Novosti Pridnestrovya” agentliyi məlumat verib.
"Kolbasna kəndi yaxınlığındakı anbarlar ərazisində atışma olduğu bildirilir. Qurbanlar yoxdur. Təfərrüatları öyrənirik", - deyə agentliyin “Telegram” kanalında yazılıb.
Ukrayna ilə sərhəd yaxınlığında yerləşən Moldova Respublikasının Dnestryanı bölgəsinin Kolbasna kəndindəki sursat anbarı Avropanın ən böyük silah anbarlarından biridir. Dnestryanı bölgədə SSRİ-nin dağılmasından sonra Rusiyanın yurisdiksiyasına keçmiş 14-cü birləşmiş silahlı ordunun varisi olan Rusiya qoşunlarının əməliyyat qrupu var. Əməliyyat qrupunun əsas vəzifəsi sülhməramlı missiya və sursat anbarlarının mühafizəsidir.
2019-cu ildə Moldovaya səfəri zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pridnestrovyedəki anbarlardan sursatların çıxarılması və ya ləğv edilməsi təşəbbüsü ilə çıxış edib. Bununla belə, tərəflər birgə plan hazırlamağa başlamayıb.
Əhalisinin 60%-ni ruslar və ukraynalılar təşkil edən Dnestryanı bölgə hələ SSRİ-nin dağılmasından əvvəl millətçilik dalğasında Moldovanın Rumıniyaya qoşulacağından ehtiyat edərək Moldovadan ayrılmaq istəyirdi. 1992-ci ildə Moldova hakimiyyətinin problemi güc yolu ilə həll etmək üçün uğursuz cəhdindən sonra Dnestryanı bölgə faktiki olaraq Kişinyovun nəzarətində olmayan əraziyə çevrildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.