BAKI, 27 aprel — Sputnik. Bu ilin birinci rübündə Azərbaycan Avropaya 2.6 milyard kubmetr qaz ixrac edib.
Bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Qeyd edib ki, Azərbaycandan Türkiyəyə 2.2 milyard kubmetr, Gürcüstana isə 1.1 milyard kubmetr qaz ixrac edilib.
Ölkə üzrə qaz hasilatı 13,5 faiz artıb
Bu ilin birinci rübündə SOCAR tərəfindən 1,9 milyon tondan çox neft, 1,9 milyard kubmetrdən çox qaz hasil olunub.
Neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan çox neft və 11,8 milyard kubmetr qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.