İQTİSADİYYAT

Məcburi şəkildə ölkəyə geri qaytarılmalı olan valyutaya dair qanunvericilik dəyişdirilir

Artıq həm fiziki şəxslər, həm hüquqi şəxslər bu növ cinayət əməlinə görə məsuliyyətə cəlb ediləcəklər. Cinayət Məcəlləsinə dəyişiklik edilir.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Məcburi qaydada ölkəyə geri qaytarılmalı olan xarici valyuta vəsaitini qaytarmama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməli olan subyektlərin dairəsi ilə bağlı məhdudiyyət aradan qaldırılır.
Bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Beləliklə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və məcburi qaydada ölkəyə geri qaytarılmalı olan 20 min manatdan artıq məbləğdə xarici valyuta vəsaitini qaytarmama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməli olan subyektlərin dairəsi ilə bağlı məhdudiyyət aradan qaldırılır. Artıq həm fiziki şəxslər, həm hüquqi şəxslər bu növ cinayət əməlinə görə məsuliyyətə cəlb ediləcəklər. İndiyədək yalnız təşkilat rəhbərləri xarici valyuta vəsaitlərini qaytarmamaya görə cəzalandırılırdı.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycana daxil olan valyuta artıb