BAKI, 26 aprel — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin Rusiya Federasiyası ilə Mariupolda danışıqlar aparmaq təklifini "teatr jesti" adlandırıb. O, bu barədə BMT-nin baş katibi Antonio Quterreşlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
O, həmçinin Ukrayna tərəfini Rusiyanın təkliflərinə tez cavab verməyə çağırıb.
"Əgər söhbət danışıqlar çərçivəsində işə ciddi münasibətdən gedirsə, yaxşı olardı ki, onlar bizim 10 gündən artıqdır ki, onlara verdiyimiz təkliflərimizə tez reaksiya versinlər. Hətta Zelenski belə bildirmişdi ki, o bu təkliflər haqqında eşitməyib" dedi.
Xatırladaq ki, bundan əvvəl Lavrov bildirmişdi ki, Kiyev Moskvanın son təkliflərinə cavab vermədiyi üçün Rusiya-Ukrayna danışıqları dalana dirənib və Ukrayna hakimiyyətinin bəyanatları onların dialoqa maraq göstərmədiyini göstərir. Buna baxmayaraq, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin təsdiq etdiyi kimi, aprelin 22-də nümayəndə heyətləri arasında daha bir neçə uzun söhbət olub.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.