CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qəzalı binaların inventarizasiyasına başlanılıb

Paytaxt rəhbərliyinin qərarına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib
Sputnik
BAKI, 26 aprel — Sputnik. Qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə Rayon İcra Hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyırlar. Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, şəhərdə qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.
Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi tapşırılıb. Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.
Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.
CƏMİYYƏT
Qəzalı binalar sökülüb, amma sakinlərin problemi həll olunmayıb