BAKI, 25 aprel - Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu avtomobil qəzası törətməsi barədə xəbərləri təkzib edib.
Diplomat bildirib ki, digər avtomobilin sürücüsü ona toqquşmanın izlərini, avtomaşına dəyən ziyanı göstərə bilməyib.
“Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”, - deyə diplomat bildirib.
Daha əvvəl yayılan məlumata görə Polad Bülbüloğlu Bakının Səbail rayonu ərazisində qəza törədib.
Səfir BMW markalı avtomobil sükanı arxasında “Mercedes” markalı taksi ilə toqquşub.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı onlara müraciət olmayıb.
“Avtomobillərə ciddi ziyan dəyməyib. Sürücülər öz aralarında razılaşaraq çıxıb gediblər”, - deyə polisdən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.