İDMAN

Paracüdoçumuz Antalyada gürcü rəqibinə qalib gəldi

1/4 finalda özbəkistalı, yarımfinalda isə qazaxıstanlı cüdoçunu məğlub edən paracüdoçumuz Namiq Abaslı finalda gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq yarışın ikincisi olub
Sputnik
BAKI, 24 aprel — Sputnik. Paracüdoçumuz Namiq Abaslı Antalya Qran-Prisinin gümüş medalına sahib olub. Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan N.Abaslı finalda gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq yarışı ikinci yerdə başa vurub.
Digər təmsilçimiz İsmayıl Muradov (60 kq) bürünc medal uğrunda görüşdə qırğızıstanlı Tamirlan Abdıkerimova uduzub.
Bu gün Saleh Sultanov (90 kq), Aysel İmamverdiyeva (70 kq) və Xatirə İsmiyeva (+70 kq) tatami üzərinə çıxacaqlar.
Xatırladaq ki, bundan öncə J2 kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Namiq Abaslı 1/4 finalda özbəkistalı, yarımfinalda isə qazaxıstanlı cüdoçunu məğlub edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.