BAKI, 24 Aprel - Sputnik. İsrailin maliyyə naziri Aviqdor Liberman nazirliyin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bazar günü Azərbaycana gələcək.
İsrail mətbuatının məlumatına görə, səfər zamanı üç məsələnin müzakirəsi planlaşdırılır.
Danışıqların əsas gündəminin böyük həcmdə Azərbaycan neftinin İsrailə idxalı olacağı gözlənilir.
Azərbaycandan dizel nəqliyyat növləri - yük avtomobilləri və avtobuslar üçün istifadə olunan karbamidin idxalı da müzakirə olunacaq.
İsrail tərəfi buğda idxalı məsələsini də müzakirə etməyi gözləyir.
Kiv-lərin yazdığına görə, söhbət “ən qısa müddətdə” həyata keçirilməyə başlanacaq “milyardlarla dollarlıq” müqavilələrdən gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.