İDMAN

Azərbaycan cüdoçuları Avropa kubokunda 5 medal qazanıblar

On yeddi ölkənin təmsil olunduğu yarışda Azərbaycanın idman şərəfini 22 idmançı qoruyub.
Sputnik
BAKI, 24 aprel - Sputnik. Azərbaycan cüdoçuları gənclər arasında keçirilən Avropa kuboku yarışında daha 3 medal qazanıblar. Bu barədə Azərtac xəbər yayıb.
Oğlanlar arasında yarışda təmsilçimiz Vüqar Talıbov (90 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Qızlar arasında mübarizə aparan Könül Əliyeva (48 kq) və Səbinə Əliyeva (57 kq) gümüş medal əldə ediblər.
Beləliklə, komandamızın əldə etdiyi medalların sayı 5-ə çatıb. Belə ki, bundan əvvəl Aytac Qardaşxanlı (63 kq) qızıl, Qədir Hüseynov (73 kq) bürünc medala sahib olublar.
İki gün davam edən turnirdə 17 ölkədən 287 idmançı yarışıb. Azərbaycan turnirdə 22 idmançı ilə təmsil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olub - foto