BAKI, 23 aprel — Sputnik. Qərbin Rusiyanı Ukraynada ittiham etmək üçün istifadə etməyi planlaşdırdığı təxribat ssenarilərindən biri Slavyansk və Kramatorsk şəhərlərində kütləvi qırğın silahlarının açıq şəkildə tətbiqi ola bilər. Bunu Rusiya Silahlı Qüvvələri radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov bildirib.
“Çox güman ki, adi silahlarla uğur qazana bilmədikdə döyüş meydanında kütləvi qırğın silahlarından açıq istifadəsi mümkündür. Qala şəhərlərinə çevrilmiş Slavyansk və Kramatorsk üçün belə bir ssenari nəzərdən keçirilir”, - Kirillov bildirib.
Eyni zamanda o, belə bir ssenarini ən az ehtimal olunan adlandırıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.