QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putin və Mişel Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqların aparılması ilə bağlı məlumat verib.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Dağlıq Qarabağı müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər İrəvan, Bakı və Moskva arasında üçtərəfli sazişlərin yerinə yetirilməsinin prinsipial əhəmiyyətini bir daha təsdiqləyiblər.
Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, Vladimir Putin və Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə son təmasları mövzusuna da toxunulub.
Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti bir daha vurğulanıb.
Əlavə edilib ki, Putin iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı məlumat verib.
Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
"Biz tək Ermənistanla deyil, dünya erməniliyi və himayədarları ilə müharibə aparmışıq"