BAKI, 22 aprel — Sputnik. BMT-nin büdcəsi təşkilata üzv olan dövlətlərin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Onların hər biri üçün üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.
Hesablanmış vəsait ölkələrin adambaşına düşən gəlirinin ümumdaxili məhsuldakı payına əsaslanır.
Aktual statistik məlumatlara əsaslanaraq, BMT-nin ödənişlərə görə Komitəsi hər üç ildən bir ödənişlər miqyasını nəzərdən keçirir.
İştirakçı ölkələrin siyahılarını üç əsas qrupa bölmək olar. Birincisi - müntəzəm ödənişlər adlanır, onlar ölkənin iqtisadi inkişaf səviyyəsinin göstəriciləri əsasında hesablanır: ölkə nə qədər zəngindirsə, bir o qədər çox ödəyir.
Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir.
BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur. Burada həmçinin ödənişlərin miqdarı ölkənin sərvətindən asılıdır, Təhlükəsizlik Şurasının daimi üzvləri isə əsas qərarların qəbul edilməsi imkanı üçün əlavə pul ödəyirlər.
Üçüncü kateqoriya könüllü ödənişlərdir. Bu pullar BMT-nin müxtəlif fondlarının və proqramlarının işinə yönəldilir.
BMT-yə ən çox üzvlük haqqı ödəyən üç ölkə ABŞ, Çin və Yaponiyadır. Onlardan sonra isə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Cənubi Koreya, İspaniya, Avstraliya, Braziliya və Rusiyadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.