RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin "Azovstal"a hücumu ləğv etdi

Rusiya müdafiə naziri bildirib ki, yaraqlılar geri çəkilərkən özlərini gizlətmək üçün 4 dəfə mülki əhalidən istifadə ediblər.
Sputnik
BAKI, 21 aprel — Sputnik. Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Mariupoldakı "Azovstal" zavoduna hücumun üç-dörd gün çəkəcəyini bildirib.
Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib ki, katakombalara girməyə ehtiyac yoxdur, "Azovstal"dakı sənaye zonasını bağlamaq lazımdır ki, milçək də uçmasın.
O deyib ki, daha çox əsgər və zabitlərin həyat və sağlamlığının qorunması haqqında düşünmək lazımdır.
Şoyqu Mariupolun tutulması barədə məlumat verib
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu cümə axşamı prezident Vladimir Putinlə görüşündə deyib ki, Mariupolda yaraqlılar geri çəkilərkən özlərini gizlətmək üçün dörd dəfə mülki şəxslərdən istifadə ediblər, onları evlərin zirzəmilərindən çıxarıblar.
"Ukrayna ordusu geri çəkilərkən digər şəhərlərdə etdiyi kimi Mariupoldakı millətçi batalyonlar da mülki əhali ilə pərdələnib. Burada belə çoxlu hallar var, biz dörd belə hal qeydə almışıq", - deyə o bildirib.
Şoyqu əlavə edib ki, sözün əsl mənasında, dörd gün əvvəl liman ərazisi azad edilərkən, millətçilər gizlənmək üçün demək olar ki, hamını hündürmərtəbəli binalardan küçələrə çıxardır, özlərindən geridə sosial əhəmiyyətli mədəniyyət obyektlərinin dağıntılarını qoyub gedirdilər.
Şoyqunun sözlərinə görə, bu gün Mariupol şəhərinin özü tamamilə azad edilib, orada dinc həyat qurulur.
"Azovstal" zavodundan qaçanlara gəlincə, onlar orada bütün perimetr boyunca hərtərəfli bloklanıb: "Azovstal"da bu işi başa çatdırmaq üçün bizə təxminən üç-dörd gün lazımdır", - deyə nazir bildirib.
"Bu katakombalara girməyə, bu sənaye obyektləri boyunca yerin altında sürünməyə ehtiyac yoxdur. Bu sənaye zonasını bağlayın ki, milçək uçmasın. Silahlarını yerə qoymamış hər kəsə bunu bir daha təklif edin", - Putin qeyd edib.
Prezident Putin vurğulayıb ki, Rusiya tərəfi onlara beynəlxalq hüquqi aktlara uyğun həyat və layiqli müalicəyə zəmanət verir, yaralılara ixtisaslı tibbi yardım göstəriləcək.
Putin Rusiya hərbçilərinə mükafatlar təqdim etməyi xahiş edib
Vladimir Putin Rusiya hərbçilərinin hamısının Rusiya üçün qəhrəman olduğunu vurğulayıb.
"Xahiş edirəm, fərqlənən əsgərlərimizə dövlət mükafatları verilməsi ilə bağlı təklif verin. Aydındır ki, başqa yol yoxdur", - Putin müdafiə nazirinə müraciət edərək deyib.
Onun sözlərinə görə, xüsusi əməliyyatda iştirak edən Rusiya hərbçiləri üçün yaralılar və ölənlərin ailələri ilə bağlı bütün sosial təminatların qeyd-şərtsiz yerinə yetirilməsini təmin etmək lazımdır. "Biz əlavə dəstək tədbirləri haqqında da düşünməliyik," - deyə Putin bildirib.
"Hərbi qulluqçularımız, xüsusən də yaralananlar, həlak olan hərbçilərimizin ailələri qarşısında sosial öhdəlikləri yerinə yetirməklə yanaşı, bütün sosial təminatların qeyd-şərtsiz yerinə yetirilməsini təmin etmək lazımdır. Amma mənə elə gəlir ki, bu, yetərli deyil. Əlavə dəstək tədbirləri haqqında düşünmək lazımdır. Donbasda dinc insanların həyatı üçün həqiqətən qəhrəmanlıq göstərmiş yoldaşlarımızın xatirəsini əbədiləşdirək. Rusiyanın dinc həyatı və varlığı, ölkəmizin əmin-amanlıq içində mövcudluğu üçün öz canlarını qurban etmiş hərbçilərimiz haqqında düşünək", - deyə Putin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Şoyqu Putinə Mariupolun azad edilməsi barədə məruzə edib