RUSİYA

Zaxarova: Liberalizmin diktaturası öz prinsiplərinə xilaf çıxıb

Rusiya xarici siyasət idarəsinin rəsmisi deyir ki, ABŞ-da inflyasiyanın səbəbi liberal iqtisadiyyatın pandemiya sınağından çıxmamasıdır.
Sputnik
BAKI, 20 aprel — Sputnik. ABŞ Prezidenti Co Baydenin ölkəsindəki yüksək inflyasiyanın səbəbləri ilə bağlı hər şeydə Rusiyanı və onun prezidenti Vladimir Putini günahlandırması ABŞ təbliğatının klassik nümunəsidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Bayden bir müddət əvvəl ABŞ-da yüksək inflyasiyanın iki səbəbinin koronavirus və Vladimir Putin olduğunu söyləyib.
"Bu, onların (ABŞ) bugünkü təbliğatının klassikasıdır: "Uğursuz olduqları hər şeydə Rusiya prezidentini günahlandırırlar. Onların Putin tərəfindən "seçilən" ABŞ prezidenti var idi. İndi inflyasiya yaranıb, bu səbəbdən onlar indi enerji qiymətlərini artırıblar. Bax, bugünkü gün bu Amerika təbliğatının klassikasıdır", - Zaxarova Sputnik radiosunun efirində bildirib.
Daha əvvəl öz “Telegram” kanalında Baydenin eyni bəyanatlarına cavab olaraq diplomat yazmışdı ki, ABŞ-da inflyasiyanın əsas səbəbi liberal iqtisadi modellərin böhranıdır, hansı ki, onun yeganə resursu imperialistlik, daxili problemlərin həlli yolu isə işğalçılıqdır".
Onun sözlərinə görə, bu hadisələrlə ABŞ administrasiyasının "reallıqla əlaqəsi kəsilmiş" hərəkətləri daha da şiddətlənib. "Axı, ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Amerikanı yenidən möhtəşəm edək" şüarı məhz bununla bağlı idi – iqtisadiyyatı azad rəqabətə, əməyə və istedada əsaslanan ölkənin əzəmətini bərpa etmək. Liberalizmin diktaturası bu prinsiplərdən heç nə saxlamayıb", - deyə Zaxarova bildirib.
O əlavə edib ki, ABŞ-da inflyasiyanın səbəbi liberal iqtisadiyyatın pandemiya sınağından çıxmamasıdır. Onun sözlərinə görə Bayden və komandası buna hər cür töhfə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiya XİN İsveç və Finlandiyaya xəbərdarlıq etdi