BAKI, 20 aprel - Sputnik. Rusiyaya qarşı sanksiyalar bir sıra ölkələrdə ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq.
Bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov G20 ölkələrinin mərkəzi banklarının rəhbərləri və həmkarlarının görüşündə bildirib.
Çərşənbə günü rusiyalı nazir bu tədbirə videokonfrans formatında qatılıb. Siluanov qeyd edib ki, son vaxtlar qlobal iqtisadiyyatda vəziyyət xeyli pisləşib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin hökumətləri tərəfindən həyata keçirilən həddən artıq boş büdcə və monetar siyasət ötən il inflyasiya təzyiqinə səbəb olub. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə “nəinki onu daha da gücləndirib, həm də iqtisadiyyatda yeni risklərə gətirib çıxarıb”.
"Enerji və kənd təsərrüfatı məhsullarının bahalaşması əsasən inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrə təsir edəcək. Bəziləri təkcə iqtisadi problemlərlə deyil, həm də ağır sosial nəticələrlə üzləşəcək", - Rusiya Maliyyə Nazirliyinin mətbuat xidməti Siluanovdan sitat gətirib.
Rusiyanın Ukraynanın demilitarizasiyası üzrə xüsusi hərbi əməliyyatı fonunda bir çox Qərb ölkələri artıq Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq ediblər.
Bir sıra yerli bankların SWIFT sistemindən əlaqəsi kəsilib, Visa və Mastercard xaricdə Rusiya bank kartlarına xidmət göstərməyi dayandırıb, bir sıra qlobal şirkətlər Rusiya bazarından çıxdığını elan ediblər.
Daha əvvəl Sputnik radiosu Avropa Komissiyasının keçmiş rəhbəri Romano Prodinin Aİ-ni yeni anti-Rusiya sanksiyalarının hansı nəticələrə gətirib çıxaracağı barədə xəbərdar etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.