RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiyaya qarşı sanksiyalar qanunsuzdur - Volodin

Dövlət Dumasının sədri “Telegram” kanalında yazıb ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qanunsuz hesab edir.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Rusiyaya qarşı sanksiyalar qanunsuzdur, Moskva onların Rusiya iqtisadiyyatına vurduğu zərəri nəzərə alacaq. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
O əlavə edib ki, Avropa ölkələri hər halda bunu kompensasiya etməli olacaqlar.
Spiker öz “Telegram” kanalında qeyd edib ki, bir sıra Avropa ölkələri Rusiya qazını rublla alıb-almamaq barədə düşünür: "Kimsə Avropa İttifaqına istinad edir: əgər o, bunu sanksiyalardan yayınma hesab edirsə, biz ödəməyəcəyik, əksini desə, ödəyəcəyik".
"Bununla bağlı Avropa ölkələri aşağıdakıları başa düşməlidir. Birincisi, Rusiyaya qarşı sanksiyalar qanunsuzdur. Biz bu mövzuya qayıdıb iqtisadiyyatımıza vurduğunuz zərəri nəzərdən keçirəcəyik. Onsuz da siz bunu kompensasiya etməli olacaqsınız. Necə və nə vaxt olacağı isə zaman məsələsidir", - Volodin yazıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Volodin: Ukrayna hakimiyyətinin hərəkətlərinin arxasında ABŞ dayanır