RUSİYA

Rusiya “Sarmat” qitələrarası ballistik raketini uğurla buraxıb - video

Rusiya Müdafiə Nazirliyi bir “Sarmat” qitələrarası ballistik raketini Plesetskdən uğurla buraxdığını açıqlayıb.
Sputnik
BAKI, 20 aprel - Sputnik. Rusiyanın Müdafiə Nazirliyi “Sarmat” qitələrarası ballistik raketini Plesetsk kosmodromundan uğurla buraxıldığını elan edib.
"Buraxılış tapşırıqları tam həcmdə yerinə yetirilib. Konstruksiyasında nəzərdə tutulan xüsusiyyətləri onun uçuşunun bütün mərhələlərində təsdiqlənib. Təlim döyüş başlıqları Kamçatka yarımadasındakı Kura poliqonundakı müvafiq əraziyə gətirilib”, - nazirlikdən bildirilib.
Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu, raketin dövlət sınaq proqramında ilk buraxılışıdır.
Nazirliyin press-relizində qeyd edilir ki, raketin perspektiv nümunəsinin uçuş sınaqları, onun yaradılması zamanı qarşıya qoyulmuş sxematik dizaynın və texniki həllərin düzgünlüyünü qiymətləndirməyə imkan verib.
Gözlənildiyi kimi, sınaqlardan sonra “Sarmat” Strateji Raket Qüvvələrinin silahlanmasına qəbul ediləcək. Bu komplekslər Krasnoyarsk yaxınlığındakı Ujur raket birləşməsindəki baş polkları təchiz edəcək.
"Sarmat" strateji raket sistemidir. O, qitələrarası ballistik raketlərdə istifadə edilən ağır dərəcəli maye yanacaqla işləyir. Belə raketlərin birinin çəkisi 200 tondan ağırdır. Açıq mənbələrə görə, atılan kütlə on tondur. Kompleks Strateji Raket Qüvvələrində “Voyevoda” raketlərini əvəz edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.