AZƏRBAYCAN XƏBƏRLƏRİ

AZAL-da yoxlamalar aparılır

Həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Xarici kreditlərin qaytarılmaması ilə bağlı biz büdcənin icrasına dair rəydə daha geniş məlumatlar veririk.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, biz may ayında büdcənin icrası ilə bağlı layihəyə rəy hazırlayırıq: "Elə təşkilatlar var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar. AZAL-da həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Nəticələri sizə təqdim edəcəyik. SOCAR-da hələ belə yoxlamalara başlamamışıq".
Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq
APA-nın məlumatına görə, sədr bildirib ki, dövlətin büdcəsinin layihəsinə və icrasına rəy vermək parlamentin əsas funksiyasıdır: “Bu funksiyanın həyata keçirilməsinə Hesablama Palatası töhfə verməyə hazırdır. Hesabatda uyğunluq auditinin çox olmasının səbəbi dövlət büdcəsinə bərpa ilə bağlıdır. Parlamentin dövlət büdcəsində, digər büdcə layihələrində iştirakı, rolu bizim nəzarət tədbirlərimizlə bağlıdır. Parlamentin rolu nə qədərdirsə, Palatanın da rolu o qədərdir. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək. Bu, artıq gələn aydan planlaşdırılır”.
Qeyd edək ki, aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasda Azərbaycan Respublikasının Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatı dinlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Hesablama Palatası “Qaçqınkom”dakı pozuntularla bağlı Baş Prokurorluğa müraciət edib