BAKI, 19 aprel - Sputnik. Qərb ölkələri Ukraynaya əlavə maliyyə və hərbi dəstək vermək niyyətindədirlər. RİA Novosti xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Lakin NATO-nun münaqişə tərəfinə çevrilməməsi mövqeyinə sadiq qalmaqda davam edirlər", - deyə Şolts ABŞ prezidenti Co Bayden və G7 və Aİ liderləri ilə telefon danışığından sonra deyib.
Kanslerin NATO-nun hərbi müdaxilə etməməsi dəyişməz olaraq qalır:
"Biz hamımız bu məsələdə həmrəyik - Ukraynaya kütləvi dəstək, lakin NATO-nun müharibədə iştirakı yoxdur".
Almaniya lideri vurğulayıb ki, Qərb ölkələri “Ukraynaya maliyyə və hərbi yolla dəstəyi davam etdirəcəkləri”ndə yekdildirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.