BAKI, 19 aprel — Sputnik. "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsinin ikinci hissəsi çəkilir. "Azərbaycanfilm" Kinostudiyasından verilən məlumata görə, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" və "İctimai TV"nin birgə istehsalıdır.
Hazırda çəkilişlərinə başlanan silsilənin ikinci hissəsində "Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi", "Dövlət Təhlükəsizliyi Xidməti", "Mülki həkimlər", "Hərbi həkimlər" və "Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu" adlı sənədli filmlər yer alır.
“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi
© Photo : Azerbaijanfilm
Qeyd edək ki, "Dövlət Təhlükəsizliyi Xidməti" sənədli filmi 28 mart tarixində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günündə İctimai TV-nin efirində yayımlanıb. Film hal-hazırda "YouTube" vasitəsilə yayımlanır. Digər filmlərin çəkilişləri isə davam edir.
“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi
© Photo : Azerbaijanfilm
Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" və "İctimai TV"nin birgə istehsalı olan "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsi 5 filmdən ibarət idi. "27 Sentyabr" (Qələbənin ilk günü!), "Böyük əmr!" (Raket və Artilleriya Qoşunları), "Dövlət xətti!", (Dövlət Sərhəd Xidməti), "Hərbi Hava Qüvvələri" və "Biz gəlirik!" (Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı qrupu) adlanan sənədli filmlər 2021-ci ildə Zəfər günü ərəfəsində İTV-də yayımlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.