BAKI, 19 aprel — Sputnik. Mariupoldakı "Azovstal" zavodunun ərazisində mülki şəxslərlə bağlı məlumatlar saxta informasiyadır. Belə bir açıqlama ilə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, Milli müdafiə idarəetmə Mərkəzinin (MMİM) rəhbəri, general-polkovnik Mixailgeneral-polkovnik Mixail Mizintsev çıxış edib.
Çərşənbə axşamı bildirilib ki, Rusiya tərəfi Mariupolun "Azovstal" zavodundan millətçilər tərəfindən saxlanılan mülki şəxslərin, əgər varsa, onların azad edilməsini tələb edir.
Mizintsevin sözlərinə görə, son 24 saat ərzində Ukrayna mətbuatında bir sıra məqalələr qeydə alınıb ki, orada Kiyevin rəsmi nümayəndələri "Azovstal"da guya çoxlu sayda mülki şəxslərin olduğu bildirilir.
"Əminik ki, bu, yalnız millətçiləri xilas etmək üçün icad edilən növbəti saxta informasiyadır", - deyə general qeyd edib.
"Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiya Federasiyasının rəhbərliyi silahı yerə qoyan hər kəsin həyatının qorunmasına, tam təhlükəsizliyinə və ixtisaslı tibbi yardım göstərilməsinə təminat verir".
Nazirlik nümayəndəsi onu da vurğulayıb ki, Rusiya rəhbərliyi istisnasız olaraq bütün mülki şəxslərin təhlükəsiz təxliyyəsinə və humanitar karvanların tərkibində onların seçdikləri istənilən istiqamətdə hərəkətinə zəmanət verir.
"Əgər Mariupolun "Azovstal" zavodunda mülki əhali ukraynalı hərbçilər və millətçi birləşmələrin yaraqlıları tərəfindən saxlanılırsa, deməli, Kiyevdəki hakimiyyət hərbi cinayətkardır", - deyə Mizintsev bildirib.
"Eyni zamanda bəyan edirik ki, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, mülki əhalinin canlı qalxan kimi zorla saxlanılması terrorizmdir. Kiyev hakimiyyətinin rəsmiləri və "Azovstal"dakı bu qeyri-insani hərəkətin birbaşa icraçıları hərbi cinayətkarlar və terrorçulardır", - deyə Mizintsevin bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.