CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Agentliyi vətəndaşlara xəbərdarlıq etdi

Agentliyin məlumatında bildirilib ki, onların adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Azərbaycan Dövlət Reklam Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Agentlikdən verilən məlumatda deyilir:
"Bəzi elan saytlarında özünü Reklam Agentliyinin əməkdaşı kimi təqdim edən şəxs qurumun yerləşdiyi ünvan, telefon və elektron adreslərini qeyd etməklə, "müqavilə rüsumu" olaraq təqdim olunan bank hesabına 58 AZN ödəniş müqabilində vətəndaşların işlə təmin ediləcəyi barədə elan yerləşdirib.
İshtap.az, boss.az, salamjob.az, ishelanları.az kimi elan saytlarında Agentlik barədə həqiqətə uyğun olmayan informasiyaları paylaşaraq vətəndaşların aldanmalarına səbəb olub. Agentliyin adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Vətəndaşlardan bu tip elanlarla qarşılaşdıqları zaman diqqətli olmaları və Agentliyin Çağrı Mərkəzi -1412 ilə əlaqə saxlamaları, həmçinin 077-677- 14-12 vatsap nömrəsinə yazmaları xahiş olunur".
Dələduz "polis" cinayət məsuliyyətinə cəlb edildi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.