HADİSƏ

Bakı Dairəvi yolunda 4 maşın toqquşub, xəsarət alan var

Bir avtomobilin nasazlığı başqa üç maşının sıradan çıxmasına səbəb olub.
Sputnik
BAKI, 18 aprel - Sputnik. Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.
Belə ki, magistral şossenin birinci zolağında “Toyota” markalı avtomobil nasaz vəziyyətdə olduğu üçün dayanıb.
Nasaz maşını görən “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.
Ani dayanan avtomobilə eyni istiqamətdə hərəkətdə olan “Opel” markalı” maşın daha sonra “Saipa” markalı nəqliyyat vasitəsi çırpılıb.
Qəza nəticəsində “Saipa”-da olan bir nəfər xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Əraziyə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HADİSƏ
Yol polisi dəhşətli qəza ilə bağlı açıqlama yaydı: ölənlər var