BAKI, 17 aprel - Sputnik. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan və İran üzvlərinin iştirakı ilə iclas keçirilib.
APA-nın məlumatına əsasən, iclas İranda Qız Qalası bəndində iki ölkənin nümayəndələrinin iştirakı ilə keçirilib.
İran və Azərbaycan Xudafərin və Qız Qalası elektrik stansiyaları ilə bağlı öncədən razılaşdırılmış sənədlərin icrası, eləcə də hidroqovşaq və elektrik stansiyalarında işlərin davam etdirilməsi, investisiya və podratçıların müəyyənləşməsi haqqında razılıq əldə ediblər.
İşlərin tamamlanması üçün 22 milyon ABŞ dollarından artıq xərc lazım olduğu və elektrik stansiyalarına dair müqavilənin DB qaydası ilə müəyyənləşməsi haqqında razılıq əldə olunub.
Yaxın 4 ay ərzində podratçıların müəyyənləşməsi və işlərin icrasına başlanılması proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.