BAKI, 17 aprel - Sputnik. Almaniyanın federal kansleri Olaf Şoltsun populyarlıq reytinqi vəzifəyə gəldikdən sonra ən aşağı səviyyəyə düşüb.
"Bild" nəşrinin araşdırmasına əsasən, ölkə sakinlərinin təqribən yarısı (49%) Şoltsun siyasətindən narazıdır. Siyasətçinin fəaliyyətini dəstəkləyənlər isə cəmi 38% təşkil edir.
Araşdırmaya görə, ümumilikdə Almaniya Federativ Respublikasının vətəndaşlarının yarıdan çoxu (55%) hökumətin fəaliyyətini bəyənmir.
64 Şolts ötən ilin dekabrında hökumət başçısı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.