DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Transmilli şirkətlər on milyardlarla dollar itirəcək

"Wall Street Journal" nəşri yazır ki, zərərlər şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı olacaq.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Transmilli şirkətlər Rusiyada fəaliyyətini dayandırdıqdan sonra on milyardlarla dollar itirib. Bu barədə "Wall Street Journal" nəşri şirkətlərin bəyanatları, onların sənədləri və analitiklərin şərhləri əsasında yazıb.
Qeyd edilir ki, artıq 600-dən çox Qərb şirkəti Ukraynadakı münaqişəyə görə Rusiya bazarını tərk edir və ya oradakı əməliyyatları azaldacaqlarını bəyan edib. Lakin nəticələr korporativ bəyanatlarda qeyd olunanlardan çox olacaq.
Zərərlər həm də şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı olacaq. Qlobal şirkətlər aktivlərin satışı, zavodların bağlanması və sanksiyaların nəticələri ilə mübarizə apararkən Rusiya əməliyyatlarından on milyardlarla dollar itkilər hesablayırlar.
Məqalədə deyilir ki, ən böyük itkilər Britaniyanın neft nəhəngi BP-dən gözlənilir. O, “Rosneft”dəki demək olar ki, 20% paydan imtina etdikdən sonra potensial olaraq 25 milyard dollara qədər itirə bilər.
"WSJ" "Kroll" MMC konsaltinq firmasının idarəedici direktoru Karla Nunesə istinadən yazır ki, Rusiyanı tərk etməkdən ən çox Avropa şirkətlərinin gəlirləri zərər görəcək: "Həmçinin, ABŞ-da inflyasiya və qlobal təchizat zəncirlərinin pozulmasına daha çox zərər verə bilər".
Artıq Rusiyada fəaliyyətlərini dayandırdıqlarını elan etmiş həmin neft-qaz şirkətləri maliyyə itkilərinə hazırlaşırlar. Belə ki, ABŞ-ın neft-qaz korporasiyası “Exxon Mobil” Saxalin üzərində böyük neft-qaz layihəsində öz payının 30%-indən imtina etmək niyyətindədir. Qəzet yazır ki, bu səbəbdən o, 4 milyard dollara qədər zərərə uğraya bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!