BAKI, 15 aprel - Sputnik. Başda prezident Vladimir Putin olmaqla Rusiya rəsmilərinin illik gəlirləri barədə məlumat yayılıb.
Qeyd olunur ki, V.Putin 2021-ci ildə 10,2 milyon rubl qazanc əldə etdiyini bəyan edib.
Rusiyanın Baş naziri Mixail Mişustinin isə 2021-ci ildə 18,3 milyon rubl qazandığı məlum olub.
Ötən il Rusiya xarici işlər naziri Sergey Lavrov 12,6 milyon, rabitə və texnologiya naziri Maksud Şadayev 21,3 milyon, kənd təsərrüfatı naziri Dmitri Patruşev 121 milyon rubl qazanc əldə edib.
Rusiya hökumətinin ən çox qazanan üzvü isə sənaye və ticarət naziri Denis Manturov olub.
Belə ki, Manturov ötən il 704,6 milyon rubl qazanc əldə etdiyini bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.