BAKI, 15 aprel — Sputnik. Ticarət əqdlərinə dair məlumatlara görə, 15 aprel cümə günü səhər saatlarında qızılın qiyməti tədricən bahalaşmaqda olan dolların təzyiqi altında enir. Belə ki, Bakı vaxtı ilə saat 9:35-ə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın iyun fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 12,2 dollar və ya 0,61% azalaraq 1972,5 dollar təşkil edib. Gümüş üçün may fyuçersləri 0,02% ucuzlaşaraq bir unsiya üçün 25,855 dollar olub.
Cümə günü səhər qiymətli metalın dəyər indeksi (ABŞ-ın ticarət tərəfdaşlarının altı valyutasının səbətinə nisbətdə məzənnə) 0,2% artaraq 100,53 bəndədək yüksələn dolların bahalaşması fonunda ucuzlaşıb.
ABŞ valyutasının bu “sürət yığmasına” ABŞ Federal ehtiyatlar sisteminin pul siyasəti kömək edir. Neft durmadan artır Neftin birja kotirovkaları aprelin 15-i, cümə günü səhər saatlarında davamlı olaraq artır. Bakı vaxtı ilə saat 10:23-də Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri 1 barel üçün 111,72 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 2,68% aşağıdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında may ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər bir barel üçün 107,12 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 2,59% aşağıdır.
Həftənin sonuna kimi “qara qızıl”ın bahalaşmasına Rusiyadan neft tədarükünə mümkün embarqonun müzakirəsi ilə vəziyyətin hələ də gərgin olması kömək edir.
Hazırda ekspertlər Rusiya neftinə qarşı sanksiyaların qarşıdakı aylarda Aİ siyasətinin diqqət mərkəzində qalacağı ehtimalı olsa da, tam qadağa ehtimalının az olacağını deyirlər.
Mis yenidən bahalaşıb Cümə günü səhər misin qiyməti geosiyasi gərginliklər səbəbindən tədarük zəncirində fasilələrin yaranacağı qorxusu ilə yüksəlir. Bakı vaxtı ilə saat 9:45-ə olan məlumata görə, Comex birjasında misin may fyuçersləri funt üçün 0,18% - 4,7205 dollara qədər (təxminən 0,45 kiloqram) bahalaşıb.
Cümə axşamı London metal birjası olan LME-də üç ay ərzində tədarükü ilə bir ton misin qiyməti 0,16% artaraq 10315 dollara, alüminiumun qiyməti 1,53% artaraq 3285,5 dollara çatıb. Misin qiyməti investorların geosiyasi gərginliklər fonunda tədarük zəncirində mümkün pozulmalarla bağlı narahatlıqları ilə dəstəklənir.
Anti-Rusiya sanksiyaları ilə əlaqədar logistika ilə bağlı problemlər yaranıb. İnvestorlar, həmçinin, ən böyük mis idxalçısı olan Çindəki koronovirusla bağlı vəziyyəti izləməyə davam edirlər. Çin səhiyyə orqanları cümə axşamı günü 29000-dən çox yeni yoluxanların olduğunu bildirdilər ki, bu, mərkəzi Uhan şəhəri olan pandemiyanın başladığı gündən bəri ən yüksək gündəlik rəqəmdir.
Rubl dəyər itirir Aprelin 15-də keçirilən hərracların açılışında Rusiya rublu dollar və avro qarşısında ucuzlaşıb. Bakı vaxtı ilə saat 10:31-ə olan dolların məzənnəsi bir gün əvvəl 79,84 rubla qarşı 81,28 rubla yüksəlib. Avronun məzənnəsi bir gün əvvəl 86,72 rubla qarşı 88,00 rubla yüksəlib. Cümə günü səhər sövdələşməsində manatın Rusiya rubluna nisbətdə rəsmi məzənnəsi bir gün əvvəl olan 0,0207 rubla qarşı bir qədər azalaraq 0,0206 rubl təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.