BAKI, 15 aprel — Sputnik. Milli Məclisin iclası keçirilir. İclasın gündəliyində 14 məsələ var.
İlk öncə "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" parlamentin qərarında dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılacaq.
"Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları təsdiq ediləcək.
"Lisenziyalar və icazələr haqqında", "Dövlət rüsumu haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında", "Dövlət sirri haqqında", Daşınmaz əmlakın dövlət reyestri haqqında” və digər qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.
Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrində dəyişikliklərə baxılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.