BAKI, 15 aprel - Sputnik. Rusiya Avropa İttifaqının (Aİ) Moskvadakı Nümayəndəliyinin 18 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Qeyd edək ki, Avropa İttifaqının Moskvadakı səfiri XİN-nə çağırılıb.
Rəsmi qurum Avropa İttifaqı yanında Rusiyanın daimi nümayəndəliyinin diplomatlarının ölkədən çıxarılmasına etirazını bildirib.
Bununla yanaşı, Rusiya tərəfi Aİ Moskva nümayəndəliyinin 18 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.