BAKI, 14 aprel - Sputnik. Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrin olmasına yol vermir və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə danışıqların başlanması üçün əsas rolunu oynamağa hesablanıb", - Rusiya XİN sözçüsü bildirib.
O əlavə edib ki, Rusiya Yerevan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır.
Mariya Zaxarova onu da deyib ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasiləyə imkan vermir: "Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqlarına görə regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!