BAKI, 13 aprel - Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Serbiyanın NIS neft şirkətinin səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə "Report"a SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən sorğuya cavab olaraq bildirilib.
"Son günlər Serbiya mətbuatında SOCAR-ın Serbiyada fəaliyyət göstərən NIS neft şirkətinin səhmlərinin nəzarət paketini almaqda maraqlı olduğu barədə məlumat yayılıb. Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir", - açıqlamada deyilir.
Qeyd edək ki, NIS-in əsas sahibi, Rusiyanın dövlətə məxsus “Qazpromneft” şirkətidir. "Qazpromneft" Serbiyanın neft şirkətində 51 % paya sahibdir, digər pay hissəsi isə Serbiya hökumətinə məxsusdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.