RUSİYA

Rusiyada həyati əhəmiyyət kəsb etməyən dərmanların qiyməti artıb - Muraşko

Rusiya Federasiyasında qiymətləri artan preparatlar həyati əhəmiyyət kəsb etmir.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, son bir ayda həyati əhəmiyyət kəsb edənlər siyahısına daxil olmayan dərmanların qiymətlərində təxminən 12% həcmində bahalaşma olub.
"Dərmanların həyati əhəmiyyət daşıyan siyahısı üçün qiymət artımı var, son bir ayda dalğalanmalar 12% daxilində olub", - deyə Muraşko jurnalistlərə bildirib.
O, həmçinin, dəqiqləşdirib ki, həyati əhəmiyyətli dərmanların qiymət dəyişkənliyi minimal - 4%-ə qədərdir. Nazir bildirib ki, bu dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir, qeydiyyatdan keçən qiymətdən yuxarı satış mümkün deyil.
"Biz rəqabət mühiti yaradırıq ki, dərman sahəsində bir neçə istehsalçı iştirak etsin və həm fiziki, həm də iqtisadi əlçatanlığı təmin etmək imkanı yaransın", - deyə Muraşko vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
İcbari Tibbi Sığorta Agentliyi dərman satışına dair tenderin qalibini elan edib