BAKI, 13 aprel - Sputnik. Kiyev hakimiyyəti hələ də ölkənin limanlarında blokadaya alınmış xarici gəmilərlə bağlı məsələni həll etmək istəmir. Belə bir bəyanatla Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev çıxış edib.
“Eyni zamanda, Kiyev hakimiyyəti xarici gəmilərin yığılma zonasına təhlükəsiz çıxışının təmin edilməsi məsələsinin həllində dövlətlərin nümayəndələri və gəmi sahibi şirkətlərlə qarşılıqlı əlaqədən yayınmaqda davam edir”, - deyə Mizintsev bildirib.
O əlavə edib ki, Rusiya Silahlı Qüvvələri hər gün Moskva vaxtı ilə saat 8.00-dan Moskva vaxtı ilə 19.00-a qədər Ukrayna ərazi dənizindən cənub-qərb istiqamətində uzunluğu 80 və eni 3 dəniz mili olan humanitar dəhliz - təhlükəsiz zolağı açır, bütün lazımi məlumatlar verilir.
“Beynəlxalq Dəniz Təşkilatının yerində Ukrayna nümayəndələri dialoqdan çəkinərək, gəmilərin çıxışının təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə etməkdən imtina edirlər”, - deyə o əlavə edib.
Mizintsev bir daha Ukraynanın Qara dəniz dövlətlərinin sahilləri boyunca lövbərdən qopan minalarının üzmə təhlükəsi barədə xəbərdarlıq edib və beynəlxalq təşkilatları, eləcə də gəmi sahibi şirkətlərin rəhbərliyini blokun açılması məqsədilə tədbirlər görmək üçün rəsmi Kiyevə təsirini davam etdirməyə və xarici dövlətlərin gəmilərinin Ukrayna limanlarından təhlükəsiz çıxışını təmin etməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.